Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 21-də saat 17:30-dan 17:40-dək və avqustun 22-də saat 05:30-dan 05:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:05-dən 20:10-dək və 23:35-dən 23:46-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:10-dan 23:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 23:00-dan 23:30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.