Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 17-də saat 08:00-dan 08:25-dək, 22:40-dan 23:30-dək və avqustun 18-də saat 00:10-dan 00:25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qərvənd  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:50-dən 01:00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 00:30-dan 00:45-dək Ağdam  rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.