Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 24-də saat 13:10-dan 13:20-dək  Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini;
- saat 14:35-dən 14:52-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:50-dən 18:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 10:00-dan 10:15-dək və 21:50-dən 22:10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən;
- avqustun 25-də saat 02:50-dən 03:05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.