Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 20-də saat 23:30-dan 23:45-dək və avqustun 21-də saat 00:10-dan 00:40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Nerkin Karmiraxpür kəndi və İcevan  rayonunun Vazaşen kəndi  ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz, Ağstafa rayonları və Qazax rayonunun Bala Cəfərli  kəndi  ərazisində yerləşən mövqelərini;
- saat 22:25-dən 22:45-dək və 03:05-dən 03:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 23:55-dən avqustun 21–də saat 00:10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:30-dan 00:50-dək Cəbrayıl  rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:00-dan 03:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 01:30-dan 02:10-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.