AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 2-də saat 12:30-dan 12:35-dək və 20:20-dən 20:30-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:10-dan 18:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- martın 3-də saat 05:00-dan 05:10-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Təlimatçıların ixtisas artırma metodologiyası mövzusunda seminar (02-06 mart); Rabitə vasitələrinin maddi-texniki təminatı üzrə təlim kursu (02-13 mart); Müdafıə Nazirliyi Protokol Departamentinin vəzifə və funksiyalarına dair seminar (09-13 mart); Çavuş hazırlığı kursu (09-14 mart):Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Epidemiologiyanın prinsipləri və ətraf mühitin qorunması kursu (02-27 mart); Bakı şəhərində Xəritəçilik sahəsində əməkdaşlıq məsələləri üzrə müzakirələr (09-13mart);Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sibiu şəhərində NATO rabitə prosedurları kursu (02-20 mart);Azərbaycan Respublikası ilə Çin arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Şitsizyaçiuan şəhərində Motoatıcı bölük komandirinin hazırlıq kursu (02mart-30 iyul);Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Karaçi şəhərində Çoxmillətli «AMAN-09» təlimi (05-09 mart);Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vişkov şəhərində (Çexiya) Kiçk zabitlər üçün liderlik kursu (09 mart-03 aprel) keçirilir.
Bakı şəhərində Pakistan Hərbi Dəniz Qüvvələri Müdafıə Kollecinin 38-ci qərargah kursunun iştirakçılarının səfəri (10-14 mart);Münxen şəhərində (Almaniya) Quru Qoşunlarının informasiya toplantısı (10-11 mart) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 1-də saat 19:50-dən 20:05-dək və 21:50-dən 22:10-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Ayqepar kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;- saat 12:00-dan 12:10-dək və 21:40-dan 21:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:40-dan 20:50-dək və 21:00-dan 21:05-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Brunsum şəhərində (Niderland) Açılan Birgə Qüvvələrin Qərargah təlim kursu (02-13 mart);- Tusula şəhərində (Finlandiya) NATO / Tərəfdaş ölkələrin əməliyyat qərargahının zabitləri üçün kurs (02-20 mart);- Qarmiş şəhərində (Almaniya) Təhlükəsizlik, stabillik, keçid və yenidənqurma mövzusunda kurs (03-20 mart);- İzmir şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları mövzusunda kurs (09-13 mart); «Cooperative Arcer 2009» təliminin yekun planlaşdırma konfransı (10-12 mart); Ankara şəhərində Silahlı münaqişə hüququ kursu (09-20 mart) keçirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 27-də saat 17:45-dən 17:55-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini; - saat 12:20-dən 12:30-dək və 16:00-dan 16:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 15:50-dən 16:50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 18:00-dan 18:50-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;- fevralın 28-də saat 02:45-dən 02:55-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azeərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelerini avtomat ve pulemyotlardan atəşə tutublar.
Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri cənab Mətyu Brayzəni qəbul edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da saat 17:30-dan 17:40-dək və 22:00-dan 22:05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 11:05-dən 11:15-dək, 18:20-dən 18:50-dək və fevralın 27-də saat 05:30-dan 05:40-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 12:30-dan 12:40-dək və 18:55-dən 19:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 16:20-dən 16:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 21:00-dan 21:20-dək və fevralın 27-də saat 03:15-dən 03:50-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 26-da Azərbaycan Respublikası Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılırdı.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 25-də saat 11:55-dən 12:55-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çiləbürd kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 14:30-dan 14:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 18:15-dən 18:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 20:55-dən 21:10-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.