Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da saat 17:30-dan 17:40-dək və 22:00-dan 22:05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 11:05-dən 11:15-dək, 18:20-dən 18:50-dək və fevralın 27-də saat 05:30-dan 05:40-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 12:30-dan 12:40-dək və 18:55-dən 19:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 16:20-dən 16:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;   
-  saat 21:00-dan 21:20-dək və fevralın 27-də saat 03:15-dən 03:50-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
 Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
 İtki yoxdur.