Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 27-də saat 17:45-dən 17:55-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;  
- saat 12:20-dən 12:30-dək və 16:00-dan 16:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 15:50-dən 16:50-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
 - saat 18:00-dan 18:50-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- fevralın 28-də saat 02:45-dən 02:55-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azeərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelerini avtomat ve pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.