Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri cənab Mətyu Brayzəni qəbul edib.
Görüş zamanı regionda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi iştirak edib.
Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlılarının sırasına əlavə  edilmiş 45 nəfərlik yeni hərbi kontingent artıq yola salınıb.