Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 26-da Azərbaycan Respublikası Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılırdı. Qeyd edək monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjev Kaspşik və onun səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfındə isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrji Aberlenin keçirmələri nəzərdə tutulurdu.
Bu gün saat 12:00-da planlaşdırıldığı kimi monitorinqə start verilib və hər iki tərəfdə olan nümayəndələr müşahidələrə başlayaraq, vəziyyətlə bağlı bir-birləri ilə radio əlaqəyə giriblər. Elə bu zaman erməni tərəfdən avtomat silahıyla iki dəfə tək-tək, sonra isə aramsız atəş açılıb. Daha sonra isə bir dəfə tək atəş açılıb və bununla da avtomatların səsi kəsilib. Aydın görünüb ki, həmin atəşlər Azərbaycan tərəfdə olan monitorinq qrupuna yönəlib. Hətta beynəlxalq monitorinq qrupunun nümayəndələri də güllə vıyıltılarından açıqca hiss ediblər ki, atəş onlara tərəf hədəflənib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjev Kaspşik monitorinqi dərhal dayandırmağa göstəriş verib. Eyni zamanda, o, qarşı tərəfdə olan monitorinq qrupuna baş vermiş insidenti araşdırmağı tapşırıb.