AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 24-də ümumordu iməciliyi keçirilib.
Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri, eləcə də ictimaiyyətin nümayəndələri tez-tez Ordumuzun müxtəlif hərbi hissələrində, ön xətdə yerləşən bölmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində olaraq şəxsi heyətlə görüşür, onlar üçün yaradılan xidməti şəraitlə yaxından tanış olur, təklif və tövsiyələrini verirlər.
Noyabrın 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilən Əsaslı tikinti şöbəsinin inzibati binasının açılışında iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi müvafiq təlimata əsasən Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri aparılır.
“Vətənimizi azad, bütöv görəcəyik”Vətənimizin hər bölgəsi özünəxas gözəlliyi, adət-ənənəsi, musiqisi və bilmədiyimiz digər keyfiyyətləri ilə bir-birindən seçilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil olunub.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının protokoluna əsasən, 2019-cu ildə Türkiyədə baş tutacaq “Anadolu Ankası” və “Anadolu Qartalı” təlimlərinin Ankara şəhərində keçirilən planlaşdırma iclasında Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.
Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüş keçirilib.
Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.
Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.