AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 8-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Dünya miqyaslı bir çox turnirlərdə Azərbaycan Ordusunu layiqincə təmsil edərək, Vətənə çoxlu medallarla qayıdan Mərkəzi Ordu İdman Klubunun yetirmələri növbəti dəfə Ukranyanın Kiyev şəhərində keçirilən idmanın Kyokuşin Karate üzrə Açıq Avropa Çempionatının qalibi olublarİdmançılarımız 5-si qizil, 7-i gümüş və 6-si bürünc olmaqla ümumilikdə 18 medalla ölkəmizə qayıdıblar.
Noyabrın 7-də Azərbaycan Respublikasının dövlət bayrağının qəbul edilməsinin 100 illiyi münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Bir bayraq altında” adlı vətənpərvərlik tədbiri keçirilib.
Noyabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.
Azərbaycan Prezidenti İlham ƏLİYEV:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında imzalanan 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, noyabrın 6-da Bakıda hər iki ölkənin müvafiq qurumlarının təhsil üzrə ekspertləri arasında işçi görüşü başlayıb.
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış fəaliyyət planına əsasən Bakıda kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.
Azərbaycan ilə Belarus arasında imzalanmış 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin müvafiq qurumlarının ekspertləri arasında işçi görüşü keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində Bölmələrin idarəedilməsi və texniki-nəzarət Mərkəzinin açılışı keçirilib.