AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.
Azərbaycan tarixinin mərhələli piramidasının təqdimatına həsr olunmuş “Zirvəyə aparan yol” adlı tədbir keçirildiAzərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış "Zirvəyə aparan yol" adlı Azərbaycan tarixinin mərhələli piramidasının və Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlarından bəhs edən "Fədailər" videoklipinin təqdimatına həsr olunmuş tədbir keçirildi...davamı“Ərazi bütövlüyümüzü bərpa edəcəyik”Oktyabrın 29-da cəbhə xəttində yerləşən "N" hərbi hissəsində Zəngilan rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsinə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Noyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Müdafiə naziri general-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il noyabrın 1-dək 94.727.254,86 AZN, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.