Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2018 09:46

"Azərbaycan Ordusu" qəzeti 3 noyabr 2018-ci il №85 (2301)

Azərbaycan tarixinin mərhələli piramidasının təqdimatına həsr olunmuş “Zirvəyə aparan yol” adlı tədbir keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  Müharibə Veteranları və Beynəlmiləlçi  Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış "Zirvəyə aparan yol" adlı Azərbaycan tarixinin mərhələli piramidasının və Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlarından bəhs edən "Fədailər" videoklipinin təqdimatına həsr olunmuş tədbir keçirildi...davamı



“Ərazi bütövlüyümüzü bərpa edəcəyik”

Oktyabrın 29-da cəbhə xəttində yerləşən "N" hərbi hissəsində Zəngilan rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə hərbi hissənin şəxsi heyəti, Zəngilan uğrunda döyüşlərdə iştirak edən keçmiş döyüşçülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimayi Birliyinin Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən anım tədbiri ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb...davamı



 
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Döyüş hazırlığında, döyüş növbətçiliyində təhlükəsizlik qaydalarına riayət edilməsi, hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi...davamı




“Vətən sizin ürəyinizdən başlayır”

Hərbi hissələrdə şairlərlə əsgərlərin görüşü mənə həmişə könül xoşluğu verib. Eşitdiklərim öz yerində, gördüklərim də yaddaşıma- düşüncələrimə hopub. Şeir də düşüncədi. Bu düşüncə - əsgər üçün həmişə maraqlı olan şair düşüncəsi məfkurə zərrəsidi; kimi kövrəlir, kimi duyğulanır, kiminin qaşları çatılır, yumruqları düyünlənir...davamı




Hərbi xəbərlər portalının bir yaşı ön xətdə qeyd edildi

Bu günlərdə "Ordu.az" xəbər portalının bir yaşı tamam oldu. Bir il öncə, hərbi xəbərləri təhrif edilmədən ictimaiyyətə çatdırmaq məqsədilə təsis olunan portal yeni kollektivlə fəaliyyətə başladı. İnformasiya müharibəsinin geniş vüsət aldığı dövrdə yaranan "Ordu.az" saytı qısa müddətdə ölkənin ən populyar hərbi xəbər portalına çevrildi...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı