Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2018 12:20

"Azərbaycan Ordusu" qəzeti 7 noyabr 2018-ci il №86 (2302)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdülər...davamı




“Səngər hər birimiz üçün müqəddəsdir”

Düşmənlə təmas xəttində, demək olar ki, hər gün atəşkəs rejimi pozulur. Erməni qəsbkarları aprel döyüşləri və Günnüt zəfəri nəticəsində cəsur igidlərimiz tərəfindən azad olunan torpaqlarımızda nəzarəti itirdikləri ilə barışa bilmir, yaranmış hər fürsətdən istifadə edərək təxribatlar törədirlər. Ancaq Vətənin keşiyində dayanan qorxmaz oğullarımız hər zaman bədxah qonşumuza layiqli cavab verərək, onları geri oturdurlar...davamı




Qəhrəmanlar unudulmur

Oktyabrın 31-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun anadan olmasının 65 illik yubileyinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid Koroğlu Rəhimovun ailə üzvləri və döyüş yoldaşları iştirak etdilər...davamı




“Ürək deyir yaşa hələ!..”

Payız hökmünü göstərməkdədi. Ağacların yarpaqları saralıb, saralır. Düzü-dünyanı sarılıq tutub. Sarı bənizli payızda saralmış yarpaqlar budağından üzülür, əsən külək yarpaqları yola sərir, izə sərir. Ömrü boyu harasa tələsən itiyerişli kişi  addımlarını yavaşıdır, dayanır, ağacların yan-yörəsinə səpələnmiş sarıca yarpaqlara baxır. Kövrəlir. Bu qəfil kövrəklik təbiətin fəlsəfəsinə etiraz deyil, gileydi...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu:  Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi.
Suallar:
1. Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir.
2. Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi...davamı




“Legion” hərbi vətənpərvərlik klubu “N” hərbi hissəsində oldu


Dövlət siyasətində  ordu və cəmiyyət arasında daim geniş əlaqələrin yaradılması  prioritet məsələlərdən biridir. Müxtəlif təşkilatların nümayəndələri vaxtaşırı hərbi hissələrdə olur, yaradılan xidməti və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı qazanır, əsgər və zabitlərimizlə dəyərli görüşlər keçirirlər. Bu əlaqələr Azərbaycanda ordu-cəmiyyət münasibətlərinin yüksək səviyyədə qurulduğunu sübut edir. Bu günlərdə belə əhəmiyyətli görüşlər çərçivəsində "Legion" hərbi vətənpərvərlik klubunun bir qrup üzvü "N" hərbi hissəsində oldu...davamı




“MOİK” komandası qrupda liderdir

2018-ci ilin avqustunda start verilən birinci divizion üzrə Azərbaycan çempionatında “MOİK” komandası uğurlu çıxış edərək birincilik əldə edib. Komanda keçirdiyi 9 görüşün 8-də qalib gələrək, digər bir oyunu bərabərliklə başa vuraraq adını ən yüksək pilləyə yazıb. Kütləvi informasiya vasitələrinin apardığı müqayisələr göstərir ki, “MOİK” futbol komandası çempionatda hələ də məğlub olmayan komandalar sırasında yer alır...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı