Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2018 11:35

MOİK təmsilçiləri 18 medal qazanaraq Açıq Avropa Çempionatının qalibi olublar

Dünya miqyaslı bir çox turnirlərdə Azərbaycan Ordusunu layiqincə təmsil edərək, Vətənə çoxlu medallarla qayıdan Mərkəzi Ordu İdman Klubunun yetirmələri növbəti dəfə Ukranyanın Kiyev şəhərində keçirilən idmanın Kyokuşin Karate üzrə Açıq Avropa Çempionatının qalibi olublar
İdmançılarımız 5-si qizil, 7-i gümüş və 6-si bürünc olmaqla ümumilikdə 18 medalla ölkəmizə qayıdıblar.
Həmçinin bu yarışlarda dünya çempionu, Dünya Kyokuşin Karate təşkilatının direktoru Əziz Əşrəfov 10 beysbol bitasını ayağı ilə sındırdıraraq dünya rekordunu təzələyib.
Qeyd edək ki,  18 ölkədən 160 idmançının iştirak etdiyi çempionatda məşqçilər Akif İsgəndərov, İnşallah Camalov, Abbas Abbasovun və Hamlet Əlilinin rəhbərliyi ilə tatami üzərinə çıxan pəhləvanlarımız medal sayına görə iştirakçı komandalar arasında 1-ci yeri qazanıblar.