Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2018 16:42

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının protokoluna əsasən, 2019-cu ildə Türkiyədə baş tutacaq “Anadolu Ankası” və “Anadolu Qartalı” təlimlərinin Ankara şəhərində keçirilən planlaşdırma iclasında Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.

* * *

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında neft və qaz kəmərlərinin mühafizəsi, təcrübə mübadiləsi və qarşılıqlı uyarlığın artırılması məqsədilə Türkiyənin Pınarhisar şəhərində “Eternity-2018” çoxmillətli təlimləri keçirilir.
Kompüter dəstəkli komanda-qərargah təlimi ilk dəfə olaraq eyni zamanda poliqonda və hər üç dövlətin hərbi bölmələrinin cəlb olunması ilə keçirilir.