Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2018 10:00

"Azərbaycan Ordusu" qəzeti 23 noyabr 2018-ci il №91 (2307)

“Vətənimizi azad, bütöv görəcəyik”

Vətənimizin hər bölgəsi özünəxas gözəlliyi, adət-ənənəsi, musiqisi və bilmədiyimiz digər keyfiyyətləri ilə bir-birindən seçilir. Biz ezamiyyətlərdə olarkən bu gözəlliyi yaddaşımıza köçürürük. Növbəti ezamiyyətimiz soyuq bir payız gününə təsadüf edir. Ətraf aləm qızılı rəngə boyanıb, ağaclardan tökülən yarpaqlar torpağın örtüyünə dönüb...davamı

 

 

 

Peşəmə ürəkdən bağlıyam

Respublikamızda ordu quruculuğuna yüksək diqqət və qayğı göstərilir. Təməli əbədiyaşar komandan Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin regionun ən güclü ordusuna sahib olması bunun bariz nümunəsidir. Keçirilən irimiqyaslı təlimlər, beynəlxalq ordu oyunlarında hərbi qulluqçularımızın yüksək nailiyyətləri də ordu quruculuğu sahəsində uğurlu islahatlar aparıldığının bir daha təsdiqidir...davamı

 

 

 

Səngər cəsurların məkanıdır

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissənin bölməsində nümunəvi xidməti ilə seçilən gizir Fərid Sanılı ilə yaxından tanış oluruq. Vəzifəsinin öhdəsindən uğurla gələn, xidmətini düzgün təşkil edən, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanan hərbi qulluqçumuzun əmisi Xəqani Sanılı Vətən uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb...davamı





Qəhrəmanlar tarix yaradır

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum gününə həsr olunan tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin və ictimaiyyətin nümayəndələri, millət vəkilləri Qənirə Paşayeva və Adil Əliyev, ziyalılar, həmçinin Gültəkin Əsgərovanın ailə üzvləri və döyüşçü yoldaşları iştirak etdilər...davamı




Naxçıvan Qarnizonunun tam orta məktəbi qabaqcıl təhsil ocaqlarındandır

Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Azərbaycan Ordusunun muxtar respublikadakı birləşmə və hissələri ötən dövrdə müasir silah və texnikalarla təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib. Muxtar respublika ərazisindəki hərbi hissələrdə məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti günü-gündən yaxşılaşdırılır...davamı




Fiziki hazırlığımız yüksək səviyyədədir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlığının təmin edilməsi üçün yaradılan şərait diqqətimizi cəlb etdi. Müdafiə Nazirliyi rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində müasir standartlara uyğun qurulan idman şəhərciyi hərbi qulluqçularımızın idmanla məşğul olmalarına, onların əsl hərbçi kimi formalaşmalarına imkan verir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı