Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 2018 17:34

Ümumordu iməciliyi keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 24-də ümumordu iməciliyi keçirilib.
Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində ərazilər təmizlənib, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb.