AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planının icrası ilə əlaqədar hərbi hissələrdən birində görüş keçirilib.
Azərbaycan Ordusunda əsaslı təmir-tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı plana əsasən hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub.
2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərində hərbi hissələrin çöl çıxışları başlayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb.
2018-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, eləcə də cəbhə bölgəsində yerləşən tank bölmələrinin iştirakı ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir.
Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Ordu quruculuğu - səmərəli islahatlar, uğurlu nəticələrÜmummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı...davamıQurtuluş tarixinin qələbə günüÖtən əsrin əvvəllərində dünyanın bir çox ölkələri, o cümlədən Türkiyə ətrafında cərəyan edən mürəkkəb siyasi hadisələr 1914-cü ildə Birinci Dünya müharibəsinin başlamasına və milli azadlıq hərəkatının vüsət almasına səbəb oldu...davamıŞəxsi heyətin sağlamlığının keşiyindəyik"N" hərbi hissəsində olarkən tibb məntəqəsində yaradılan şəraitlə tanış olduq.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşları keçirib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.