Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2018 14:56

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissədə birgə tədbir keçirib

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planının icrası ilə əlaqədar hərbi hissələrdən birində görüş keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi dəyərlərin təbliği fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev iştirak edərək şəxsi heyət qarşısında çıxış ediblər.
Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, “Azərbaycanda ənənəvi islam və xarici təsirlər”, “Dini radikalizm və islam dünyası” mövzularında çıxış edən C.Əliyev sonda hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb.