Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 2018 18:05

Azərbaycan HHQ təlim-məşq uçuşları keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşları keçirib.
Yeni tədris dövrü çərçivəsində keçirilən təlim-məşq uçuşları zamanı təyyarə və helikopterlər hədəflərin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.
Aviasiya vasitələrinin ekipajları quru qoşunlarının havadan dəstəklənməsi, şərti düşmənin komanda məntəqələri, zirehli texnikaları və canlı qüvvəsinin məhv edilməsi, eləcə də hava kəşfiyyatının aparılması taktiki epizodlarını da yerinə yetiriblər.