AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.
“Gənc Heydərçilər”in yay istirahət düşərgəsi başa çatdıMüdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi "N" hərbi hissəsində "Gənc Heydərçilər"in hərbi vətənpərvərlik təmayüllü ənənəvi yay istirahət düşərgəsi başa çatdı.
Cəbhəboyu zonada səfərdə olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada tikintisi davam etdirilən hərbi obyektlərdə olublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək 92.819.877,45 AZN, 213.577,88 ABŞ dolları, 11936,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.