AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 21-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov avqustun 21-də Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə Minsk şəhərinə rəsmi səfərə yola düşüb.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən bu günlərdə Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissənin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.
Hörmətli həmvətənlər!Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.
“Biz qalib gələcəyik!”Motoatıcılar, tankçılar, artilleriyaçılar, bir sözlə, bütün hərbi qulluqçular Vətənimiz Azərbaycanın müdafiəsində əzmlə dayanıblar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən avqustun 17-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə komandir müavinləri və hərbi psixoloqlarla “Azərbaycan Ordusunda tərbiyə işinin təşkili, hərbi qulluqçuların kateqoriyalarına görə fərdi tərbiyə işinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 16-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olaraq əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.
Böyük Qələbənin ovqatıdır bu!..Abbas Səhhətin "Vətən" şeiri hamımızın əzbərindədi...