Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən bu günlərdə Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə “N” nömrəli hərbi hissənin əsgərlərinin Gəncə şəhərinə ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı əsgərlər ölkənin ikinci böyük şəhəri olan Gəncədəki muzey və tarixli yerləri ziyarət edib, burada yaşayıb yaradan görkəmli şəxsiyyətlər, şəhərin tarixini əks etdirən ekspozisiya zallarında qorunan eksponatlar, yerli xalçaçıların əl işləri ilə yaxından tanış olublar.