Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 2018 18:57

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Belarus Respublikasına rəsmi səfəri başlayıb

Avqustun 21-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
İlk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti “Qəhrəman Brest qalası”  memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.
Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.