AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Gənc əsgərlərin ilk xidmət günüVətən anlayışının nə demək olduğunu dərk edən hər bir azərbaycanlının uşaq yaşlarından bir arzusu, amalı var - hərbi mundir geyinərək Vətən uğrunda savaşmaq, torpaqlarımızı işğaldan azad etmək.
Azərbaycan hərbçilərinin də iştirak etdiyi və Qazaxıstanın Otar hərbi bazasında “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi mərhələlər üzrə davam edir.
“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin davamlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı razılığa əsasən qardaş ölkənin bir qrup hərbi qulluqçusu və onların ailə üzvləri ölkəmizdə səfərə gəlib.
Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur.
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinə start verilib.
“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında plana uyğun olaraq mərhələlər üzrə keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.