Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2018 13:23

“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib - VİDEO

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.
Hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər. Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən bu epizodun qalibləri müəyyən olunacaq.
Növbəti mərhələdə “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə ikinci epizodu yerinə yetirmək üçün hərbi dənizçilər bacarıqlarını nümayiş edəcəklər.