Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2018 17:38

Hərbi hissələrdə çöl çıxışları keçirilir

2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərində hərbi hissələrin çöl çıxışları başlayıb.
Məşqlərin keçirilməsində əsas məqsəd döyüş zamanı şəxsi heyətin praktiki vərdişlərinin artırılması, atəş vasitələri və döyüş texnikasından düzgün istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi və bölmələrin dəqiq və qətiyyətlə idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.