AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 23-də Bakıya gəlib.
İyulun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya yola düşüb.
İyulun 21-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub.
Beynəlxalq Ordu Oyunları çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə Əməliyyat Baş İdarəsinin Naviqasiya və Kartoqrafiya İdarəsində zəruri planlaşdırma fəaliyyətləri icra olunub.
Dağlar da səngərdi"N" hərbi hissəsinin ön xətdə yerləşən bölmələrindən birində dağların, dərələrin, Vətən torpağının keşiyini çəkən, səngərdə düşmənlə üz-üzə dayanan, dağları arxa bilib onlara arxalanan əsgərlərin əhatəsindəyəm...davamı Ərazi bütövlüyümüzü bərpa edəcəyik!Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətə, dövlətçiliyə dərin sevgilərlə, qürurla dediyi bir fikri qürurla xatırlayıram:
Müdafiə Nazirliyi və Ağstafa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bu gün gərək hər anımız Vətən desin!” devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib.
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.