Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyul 2018 16:11

Azərbaycan HHQ-nin döyüş imkanlarını daha da gücləndirəcək birgə layihələr müzakirə olunub

İyulun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Temel Kotilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində aviasiya sahəsində ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, hərbi təhsil və maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər hərbi sahədə müxtəlif proqramların, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin imkanlarını daha da gücləndirəcək yeni nəsil döyüş təyyarə və helikopterlərin öyrənilməsi və tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi məsələlərinə də toxunub.