Dağlar da səngərdi
"N" hərbi hissəsinin ön xətdə yerləşən bölmələrindən birində dağların, dərələrin, Vətən torpağının keşiyini çəkən, səngərdə düşmənlə üz-üzə dayanan, dağları arxa bilib onlara arxalanan əsgərlərin əhatəsindəyəm...davamı
Ərazi bütövlüyümüzü bərpa edəcəyik!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətə, dövlətçiliyə dərin sevgilərlə, qürurla dediyi bir fikri qürurla xatırlayıram: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". "Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir" - kəlamını da bu duyğularla xatırlayıram...davamı
Nələrə qadirdi Vətən sevgisi!..
Vətən sevgisini yenə görəcəm, bu sevginin dövlətə, dövlətçiliyə sədaqətini gözlərimə sürmə edəcəm...
Dayanacaqda orta yaşlı bir kişi istidən gileylənirdi. O yaşlarda başqa birisi onu qınayırdı:
- İstidən, bürküdən təntiyəndə sərinliyə çəkilirik. Bəs səngərdəkilər, döyüş növbətçiliyi aparanlar, torpaqlarımızı, səni, məni, bizi qoruyanlar neyləsin? Onları xatırlayın...davamı
100 yaşlı “Azərbaycan” Cümhuriyyətin ilk mətbu orqanıdır
Ötən əsrin əvvəllərində Azərbaycanda milli maarifçilik ideyalarının ictimai şüurda möhkəmlənməsi, təhsilin, milli inkişaf və tərəqqinin əsas amili kimi önə çıxması milli ruhlu ziyalı təbəqəsinin tarixi missiyası ilə şərtlənmişdir. Xalqın yeganə çıxış yolunun elmdə, təhsildə, bu sahənin yüksək inkişafında, bir sözlə, insanların hərtərəfli maariflənməsində görən milli təfəkkürlü şəxsiyyətlər kifayət qədər ziddiyyətli və mürəkkəb dövrdə qarşıya qoyduqları ali məqsədlərin gerçəkləşməsi uğrunda fəal, əzmlə mübarizəyə qalxdılar...davamı
143 yaşlı qürurumuz
Azərbaycanda milli mətbuatımızın yaradılmasından 143 il ötür. Tarixə nəzər saldıqda iftixarla deyirik: bizim ilk mətbəəmiz, ilk teatrımız, ilk universitetimiz, ilk qəzet və jurnalımız olmuşdur. Bununla belə ilk mətbəənin yaranması mütərəqqi hadisələrdən biri idi...davamı
Alman generalını əsir alan azərbaycanlı
İkinci Dünya müharibəsi bəşəriyyət tarixinin ən dəhşətli, ən dağıdıcı müharibəsi hesab edilir. Bu müharibənin tərkib hissəsi olan Böyük Vətən müharibəsinin başlanmasından (1941-ci il, 22 iyun) 77 il ötür. Dünya ağalığı niyyətinə düşən, insan qanına susayan Hitler faşizminin darmadağın edilməsi ilə nəticələnən müharibədə xalqımızın da Böyük Qələbəyə verdiyi töhfələrin miqyası olduqca genişdir...davamı
Ordumuzla qürur duyuruq
Yaşadığımız anlar tarixə qovuşduqca zaman bizi Silahlı Qüvvələrin 100 illiyinə yaxınlaşdırdı. Ordumuz dövlətçiliyimizin varlığıdır, etibarlı dayağıdır. Ordu həmişə yurdun keşikçisi, dövlətin, dövlətçiliyin qarantı olub.
Həm Azərbaycan Cümhuriyyətinin, həm də ordumuzun 100 illiyi bir ana kimi ürəyimi sevinclə doldurur...davamı
Fiziki hazırlıq döyüş hazırlığının təminatçısıdır
"N" hərbi hissəsində şəxsi heyət axşam idmanı ilə məşğul olurdu. İdman qurğuları ilə təchiz edilmiş idman şəhərciyi, şəxsi heyətin gündəlik idman fəaliyyəti diqqətimi çəkdi...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı