Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyul 2018 10:26

“Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya yola düşüb.
Bir neçə mərhələdən ibarət olan müsabiqədə hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə də məharətlərini nümayiş etdirəcək.