Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bakıda “Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib - VİDEO 31 İyul 2018 19:27

İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə 31 İyul 2018 19:07

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində atışlar keçiriblər - VİDEO 31 İyul 2018 18:19

Azərbaycan hərbçiləri “Snayper həddi” müsabiqəsində atışlar keçiriblər - VİDEO 31 İyul 2018 18:11

Azərbaycan və Rusiya HDQ nümayəndə heyətlərinin görüşü keçirilib 31 İyul 2018 17:53

İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib - VİDEO 31 İyul 2018 13:32

İyulun 31-də “Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Müdafiə naziri cəbhəboyu zonadakı hərbi hissələrdə olub 31 İyul 2018 13:08

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Azərbaycan və Vyetnam HDQ nümayəndə heyətlərinin görüşü keçirilib 31 İyul 2018 11:35

İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Fam Haoi Namın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilir 31 İyul 2018 11:06

İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilir.

“Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları paytaxtımızın görməli yerlərində olublar 30 İyul 2018 19:46

“Dəniz kuboku - 2018” müsabiqəsində iştirak edən dövlətlərin nümayəndələri üçün mədəni proqram təşkil olunub.