AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun birlik, birləşmə, həmçinin qoşun növləri və qisimlərinin hərbi hissələrində yeni tədris dövrü başlayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək “Layiqli Tərəfdaş 2018” (Noble Partner 2018) çoxmillətli təlimində iştirak edəcəklər.
İyulun 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İyulun 30-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.
Moskvaya səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin komandaları gəmi heyətlərinin sağqalma qabiliyyətini məşq etdiriblər.
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində iştirakçı dövlətlərin gəmiləri Xəzər dənizində hazırlanmış təlim-məşq poliqonuna çıxıblar.
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.
İyulun 28-də “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinə start verilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar təqdim edilib.