Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2018 18:42

Hərbi dənizçilər gəminin davamlılığı üzrə tapşırıqları məşq etdiriblər

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin komandaları gəmi heyətlərinin sağqalma qabiliyyətini məşq etdiriblər.

Hazırlıq məşqlərinin birinci mərhələsi “quru” üsulu, yəni suyun gəmiyə daxil olmaması ilə aparılıb.

Sonra gəminin şərti zədələnmiş hissəsini təqlid edən xüsusi quraşdırılmış dəliklər vasitəsilə “gəmiyə” su ötürülüb. Bu zaman gəmi heyəti müxtəlif qəza avadanlıqlarından istifadə etməklə qısa müddətdə suyun “gəmiyə” daxil olmasının qarşısının alınması üzrə tapşırıqları icra ediblər.

Məşqlərin keçirilməsində əsas məqsəd gəminin təhlükəsizliyinin təmin edilməsi, eləcə də gəminin xilas olunması üzrə heyətin bacarıq və vərdişlərinin artırılmasıdır.