Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2018 18:15

“Dəniz kuboku - 2018” müsabiqəsinə hazırlıq çərçivəsində hava hədəflərinə atışlar məşq etdirilib

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində iştirakçı dövlətlərin gəmiləri Xəzər dənizində hazırlanmış təlim-məşq poliqonuna çıxıblar.

Bütün komandalar hava hədəflərinə hazırlıq atışlarını uğurla yerinə yetiriblər. Məşqlər zamanı ilk dəfə hava hədəfləri kimi helium-hava qarışığı ilə doldurulmuş kiçik həcmli aerostat balonlardan istifadə olunub ki, bu da aviasiyanın tətbiqini tamamilə əvəz etmək və sərf olunan mərmi sayını azaltmağa imkan verib. Müsabiqədə bu cür yeni hədəflərin istifadəsi hakimlərə döyüş tapşırığının qısa müddətdə qiymətləndirilməsi, eləcə də foto-video çəkilişlər vasitəsilə hava hədəfinin məhv edilməsini təsdiqləmə imkanı verəcəkdir.

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz hədəflərinə artilleriya atışları və gəminin sağqalması üzrə bacarıqları məşq etdirəcəklər.

Təlim məşqləri iyulun 31-dək davam edəcək.