Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyul 2018 13:26

Azərbaycan və Türkiyə HDQ nümayəndə heyətlərinin görüşü keçirilib

İyulun 30-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcli kapitan Zaur Hümmətov ilə Türkiyə HDQ-nin komandanının maddi-texniki təminat (MTT) üzrə müavini vitse-admiral Fikret Esin arasında keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulayıblar.
Vitse-admiral F.Esin “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində qonaq qismində iştirakından son dərəcə məmnunluğunu ifadə edib. Vitse-admiral F.Esin yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.