AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dövlət Bayrağı Günü münasibətilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Hərbi Tibb Fakültəsi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları, həmçinin Hərbi Dəniz Qüvvələri matroslarının iştirakı ilə hərbi vətənpərvərlik tədbiri keçirilib.
Noyabrın 8-də Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtərdə Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq yürüşü” keçirilib.
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində “Bayrağımız-qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən hərbi qulluqçularla Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndə heyətinin görüşü keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramına əsasən hərbi psixologiya, hərbi qanunvericilik, mətbuat və ictimaiyyətlə əlaqələr məsələləri üzrə mütəxəssislərin görüşü keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Güclü ordu – güclü dövlətAli Baş Komandan İlham ƏLİYEV:Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri noyabrın 7-də Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olublar.