AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Cəbhə bölgəsində yerləşən hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım gününə həsr olunmuş tədbir keçirilib.
“Övladlarımız qalib orduda xidmət edəcəklər”"N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsindən qeydlər götürəndə şəxsi keyfiyyətlərinə görə fərqlənən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Yaşar Əliyevin ordu sıralarında 2014-cü ildən xidmət etdiyini öyrənirəm.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Çingiz Salman oğlu Qurbanovun ad günü münasibətilə Qusar şəhərində anım mərasimi keçirilib.
2017-ci ilin fevralında düşmən təxribatlarının qarşısını alarkən həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fuad Fərhad oğlu Qafarovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması ilə əlaqədar Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Silahlı Qüvvələrin hazırlıq planına əsasən Hərbi Hava Qüvvələrinin birləşmə və hissələri ilə taktiki təlimlər keçirilib.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və Vətənə, torpağa bağlılıq, dövlətə sədaqət hisslərinin təbliği məqsədilə “Vətəni, torpağı qorumaq hər kəsin müqəddəs borcudur” mövzusunda ədəbi-bədii tədbir keçirilib.
Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.
Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Transformasiya üzrə Müttəfiq Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən Bakı şəhərində “NATO günləri” təşkil olunub.