AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsi 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə “Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik həftəsinə start verərək ön cəbhədə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Noyabrın 7-dən 9-dək Praqa şəhərində (Çexiya) Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi, noyabrın 7-dən 10-dək Kunqsangen şəhərində (İsveç) Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu və noyabrın 7-dən dekabrın 4-dək Kəraçi şəhərində (Pakistan) Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəmanlara həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “N” nömrəli hərbi hissədə döyüş atışlı təlim keçirilib.
Siyasi iradə və iqtisadi gücün təntənəsiMəlum olduğu kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi və bu, ölkəmizin tarixində mühüm siyasi-iqtisadi əhəmiyyətə malik hadisələrdən biri oldu.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” 2017-ci il martın 29-da Bakı şəhərində və mayın 13-də Kabil şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Noyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.