Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 18:52

Cəbhə bölgəsində Bayraq Günü qeyd edilib

Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən hərbi qulluqçularla Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndə heyətinin görüşü keçirilib.
Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə səngərlərdə olub, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, onlara hədiyyələr təqdim edib.
Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı Günü münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. İcra başçısı əminliyini ifadə edərək vurğulayıb ki, Azərbaycanın işğal altında olan torpaqları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad olunacaq.
A.Əsgərov vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir.
Birlik komandanlığı adından çıxış edən polkovnik-leytenant Babək Səmidli şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Bayram tədbirində marş sədaları altında 100 metr uzunluğunda Azərbaycan Bayrağının keçidi təşkil olunub. Xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupu xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Sonda konsert proqramı təşkil olunub, Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük məhəbbətlə yazdıqları məktublar əsgərlərə çatdırılıb.