AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə keçiriləcək “İDEF - 2017” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərinə yola düşüb.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək keçirilən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində keçirilən iməclik sona çatıb.
Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun adının əbədiləşdirilməsi haqqında” əmrinin icrası ilə əlaqədar şəhidin xidmət etdiyi Tovuz rayonunda silsilə tədbirlər həyata keçirilib.
Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi Tovuzda silsilə tədbirlərlə anılıbAzərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun xatirəsi xidmət etdiyi Tovuz rayonunda silsilə tədbirlərlə anılıb...davamı “Bizim gücümüz bizim birliyimizdədir”Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltmək və hər iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaq üçün mayın 1-dən 5-dək keçirilən döyüş atışlı taktiki təlimlərə yekun vuruldu...davamı “Təlimlər qardaşlıq, dostluq şəraitində keçdi”Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri, nəhayət, yekunlaşdı.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində iməclik keçirilir.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları üçün Puta qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə və Hərbi Dəniz Qüvvələrinin bazasında praktiki məşğələ keçirilib.
Görülmüş tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Tərtər rayonu istiqamətində yerləşən bölmələrimizə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsini planlaşdırdıqları barədə dəqiq məlumat əldə edilib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri mayın 5-də sona çatıb.