Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2017 16:35

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.
Əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrimizin şəxsi heyəti adından təbrik edilib. Sonra Qələbənin 72-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında Müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.
Təşkilatın sədri istefada olan general-mayor Dadaş Rzayev və çıxış edən digər veteranlar onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.