Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2017 11:50

Hərbi Akademiyanın dinləyiciləri üçün praktiki məşğələ keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları üçün Puta qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə və Hərbi Dəniz Qüvvələrinin bazasında praktiki məşğələ keçirilib.
Əvvəlcə kurs dinləyiciləri ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq, hörmət və ehtiramlarını ifadə ediblər.
Praktiki məşğələ zamanı dinləyicilər üçün geniş konfrans zalında brifinq təqdim olunub. Hərbi hissələrin yaranma tarixi, strukturu, vəzifə və tapşırıqları, o cümlədən, Sülhməramlı Qüvvələrimiz haqqında ətraflı məlumat verilib, dinləyiciləri maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb.
Silah və hərbi texnika nümunələri ilə tanış olan qonaqlar əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana-hamam kompleksi, xidməti otaqlar və digər hərbi obyektlərdə yaradılmış şəraitə da baxıblar.
Sonra dinləyicilər Hərbi Dəniz Qüvvələrinin qərargahı, ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş komanda məntəqəsi, gəmilərin yan alması üçün körpü, eləcə də digər inzibati və xidməti binalarda olublar.
Praktiki məşğələnin sonunda akademik kursun dinləyiciləri şəxsi heyətin məişət şəraiti ilə tanış olub, əsgər yeməkxanasında nahar ediblər.