AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində mayın 23-də Beynəlxalq Humanitar Hüquq mövzusunda seminar keçirilib.
Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşık arasında görüş keçirilib.
Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab Levan İzoria və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşık arasında üçtərəfli formatda görüş keçirilib.
Mayın 23-də Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri “N” nömrəli hərbi hissələri ziyarət ediblər.
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda mayın 23-də keçiriləcək növbəti görüşündə iştirak etmək üçün Batumi şəhərinə gəlib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində mayın 22-də general-polkovnik Zakir Həsənovla Gürcüstanın Baş naziri cənab Giorgi Kvirikaşvili arasında görüş keçirilib.
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Müdafiə naziri cənab Levan İzoria ilə görüşüb.
Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Tbilisidəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.
Mayın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab Levan İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.