AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən üçün, torpaq üçün...Komandirin əmriylə düşmənin təxribatlarının qarşısını almalıydılar.
Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Məmməd Arazın poeziyası gənclərin vətənpərvərlik tərbiyəsində, onlarda yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlər aşılanmasında həmişə təsirli vasitə olub və bu gün də öz dəyərini qoruyub saxlamaqdadır.
Ağcabədi rayonundakı hərbi hissələrdən birində “Dövlətə sədaqət, Vətənə sevgi” devizi altında keçirilən vətənpərvərlik tədbirində Müdafiə Nazirliyinin rəsmiləri, Ağcabədi və Laçın rayonları ictimaiyyətinin nümayəndələri, zabitlər, gizirlər və gənc əsgərlər iştirak ediblər.
“Azərbaycan Respublikasına xidmət edirəm!”Leytenant Qadir Quliyevlə xidmət etdiyi hərbi hissədə görüşüb söhbət etdik.
Mayın 10-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.