AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 10-da Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib.
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir.
Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində 6 nöqtədə Silahlı Qüvvələrin hərbi orkestrlərinin nümunəvi çıxışları olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beyləqan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar "Qələbə Bayrağına Düzlən!" devizi altında hərbi şöhrət bayramı keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə “İDEF - 2017” sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti mayın 9-da sərginin pavilyonlarına baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.
Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Böyük Vətən müharibəsində qələbənin 72-ci ildönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub və İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2017-ci il üçün elmi iş planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – Dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda elmi konfrans keçirilib.
Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.