Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2017 18:50

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi konfrans keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2017-ci il üçün elmi iş planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – Dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda elmi konfrans keçirilib.
Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim heyəti, dinləyiciləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A. Bakıxanov adına Tarix İnstitutunun nümayəndə heyəti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor-müəllim heyəti və kusantları, Silahlı Qüvvələrin  Təlim və Tədris Mərkəzinin komandanlığı və müəllimləri  iştirak ediblər.
Tədbir açıq elan edildikdən sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev “Heydər Əliyev irsində Azərbaycan ordu quruculuğu və hərb tarixi mövzusu”nda çıxış edib.
Daha sonra məruzə ilə AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Heydər Əliyev – Dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans zamanı AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun və Silahlı Qüvvələrin Hərbi Akademiyasının elmi nəşrlərinin sərgisinə baxış keçirildikdən sonra sərgidə nümayiş etdirilən çoxsaylı ədəbiyyat Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov tərəfindən Hərbi Akademiyaya hədiyyə edilib.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu arasında Memorandum imzalanıb.
Elmi-praktiki cəhətdən əhəmiyyətli olan məruzələr ətrafında müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.
Konfransda “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq məsələləri” sənədli filmi nümayiş etdirilib, hərb tarixi üzrə işçi qrupun üzvləri ilə “Heydər Əliyev və Azərbaycanda hərb tarixi elmi ” mövzusunda plenar iclas keçirilib.