AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələrinin ƏİK kəşfiyyat bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi keçirilib.
İyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin də iştirakı planlaşdırılır.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici dil və tərəfdaşlıq Mərkəzində təşkil olunmuş növbəti intensiv ingilis dili kurslarının başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.
“Vətənə xidmətimdən qürur duyuram”Damlalardan ümman yarandığı kimi, döyüşçülərimizin hər birinin nümunəvi xidmətindən, hazırlıq və bacarığından da ordumuz güc alır.
Azərbaycan Respublikasında Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb oyunun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib.
Dördüncü İslam Həmrəyliyi Oyunları çərçivəsində güləşin yunan-Roma üzrə növündə yarışlarda Ordu İdman Klubunun üzvləri yüksək nəticələr əldə ediblər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin iştirakı ilə ümumrayon toplantısı keçirilib.
Mayın 17-də Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.
Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb.
Mayın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.