Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2017 10:05

Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Hərb oyununun qiymətləndirilməsi” üzrə işçi görüşü keçirilib

Azərbaycan Respublikasında Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb oyunun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən Hərb oyununda Amerika Birləşmiş Ştatlarının Müştərək Qüvvələr Qərargahı Kollecinin professorları Çarlz Davis, Patrik Hannum və Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim və dinləyici heyəti iştirak edib.
İşçi görüşündə qonaqlara Hərbi Akademiyada tədris prosesinin, elmi işin təşkili və elmi kadrların hazırlanması, burada keçirilən Hərb oyunu haqqında brifinqlər verilib və onları maraqlandıran suallar cavablandırılıb.